Yay turizmi mövsümü başlayır - VİDEO

Yay turizmi mövsümü başlayır - VİDEO
21:22 29 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Yayın gəlişi ilə turizmdə də canlanma müşahidə olunur. İnsanlar artıq yay istirahətləri üçün marşrutlar seçməyə başlayıblar. Ən sərfəli turpaketlər və istiqamətlərlə maraqlanmışıq.

Yay istirahəti üçün turpaket almağın əsl vaxtıdır. may ayının 15-dən başlayan yay turizm mövsümü üçün bir çox istiqamətlərdə endirimlər tətbiq olunur. Turizm nümayəndələri deyirlər ki, bu il də Azərbaycanlı turistlər ən çox Türkiyədə istirahət etməyi planlaşdırırlar.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Avropaya səyahət etmək istəyənlər isə əsasən azbüdcəli uçuşlar olması səbəbindən Macarıstana üz tuturlar. Bu ölkədə 3ulduzlu oteldə 1 həftəlik dincəlmək, aviabilet, transfer, viza, sığorta daxil olmaqla 450-500 manata təklif olunur. Son vaxtlar Avropaya qarışıq, yəni bir neçə ölkənin əhatə olunduğu turlar da maraqla qarşılanır.
Bu yay istirahətini Fransa və İtaliyada keçirmək istəyənlər üçün 1 həftəlik tur paketlər 1200-1300 manata təklif edilir.
Yayda azərbaycanlıların ən çox üz tutduqları ölkələr Gürcüstan, Ukrayna və Rusiyadır. Ukraynada müalicəvi turların bir günü 40 manatdan, Rusiyada 70 manatdan başlayaraq təklif olunur. Gürcüstanda isə 1 həftəlik turpaketlər 160 manatdan başlayır.
Yayda ölkədaxili istirahət etmək istəyənlər də əsasən rayonlara üz tuturlar.
Turizmçilər qeyd edirlər ki, son vaxtlar Misir istiqamətində də turizm paketlərinə maraq çoxalıb. Misirdə bir həftəlik istirahət hər şey daxil 650 manatdan başlayır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/540090.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR