Bakıda ən çox ev hardan alınır? - VİDEO

Bakıda ən çox ev hardan alınır? - VİDEO
21:22 29 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Son bir neçə ay ərzində paytaxtda ən çox mənzillərin alındığı ərazilər məlum olub. İlk yerlərdə Yasamal, Nərimanov, Nizami və Xətai rayonları gəlir. Vətəndaşların məhz həmin ərazilərdəki mənzilləri almaq istəyi müxtəlif səbəblərlə bağlıdır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki,  Bakıda mənzil alverinin ən canlı olduğu ərazilər müəyyən edilib. Son 5 ayda aparılan araşdırmalara əsasən ilk yerdə Yasamal rayonu gəlir.
Əmlak eksperti Vəfadar Axundovun sözlərinə görə sadalanan ərazilər paytaxtın 2 və 3-cü zonalarına aiddir. Bu zona mərkəzə yaxın olduğundan evlərin qiyməti həmişə diqqət mərkəzində olur.
Digər zonalarla sadalanan ərazilər arasında 40 faiz qiymət fərqi olur.Şəhərin mərkəzində çox bahalı olduğundan müraciətlər az olur.
3 otaqlı mənzillərin qiymətləri aktiv satış zonalarında 125-170 min manat arasında dəyişir.Ekspertin sözlərinə görə son aylar həyət evlərina olan tələbat və satış olduqca zəifdir.Bunun da əsas səbəbi sənədləşmə işləri ilə bağlıdır.
Ekspertlər yaya doğru qiymətlərdən cüzi enmələrin olacağını proqnozlaşdırırlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/540088.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR