Bu ərazi onların dəyişməz məkanına çevrilib - VİDEO

Bu ərazi onların dəyişməz məkanına çevrilib - VİDEO
21:27 29 Aprel 2017
115 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Ağ Şəhər Bulvarı artıq balıqçıların yeni məkanına çevrilib. Balıqçılar deyir ki, digər yerlərə nisbətən bura daha çox balıq gəlir. Ancaq buna baxmayaraq Dənizkənarı Bulvar İdarəsi burada balıq ovlamağı qadağan edib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu ərazi onların dəyişməz məkanına çevrilib. Aralarında tilovu ataraq saatlarla qarmağa balığın keçməsini gözləyənlərdə var.
Paytaxtın Ağ Şəhər Bulvarı artıq balıqçıların yeni məskəninə çevrilib.Onlar bulvarda olan estaqadadan balıq tuturlar.Müxtəlif peşə sahibləri olan bu şəxslər günün yorğunluğunu buraya gəlib balıq tutmaqla çıxarmaq istəyirlər.Tilovuna balıq düşənlərlə yanaşı evə əli boş qayıdanlarda var.
Balıqçılar əsasən səhər və günorta saatlarında bura gəlirlər.Əsasda ovladıqları balığ kütümdür.
Balıqçılar deyir ki,əksər hallarda burada balıq tutmağa icazə verilmir.
Dənizkanarı Bulvar İdarəsinin aparat rəhbəri Elmir Bağırov isə bildirdi ki,Ağ Şəhər Bulvarında təhlükəsizlik məqsədilə estakada balıq tutmağa icazə verilmir.Balıqçılar üçün yalnız bayraq meydanının yaxınlığında yer ayrılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/540092.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR