Dəvə tikanının faydaları

Dəvə tikanının faydaları
21:47 29 Aprel 2017
453 Ölkə
Ölkə mətbuatı
A- A+

Qaraciyəri qoruyur: Dəvə tikanı bitkisi qaraciyər ağrısı, şişlik və sarılıq daxil olmaqla​ ümumi qaraciyər problemlərinə kömək olur. Dəvə tikanı bitkisində olan flavonoidlər qaraciyəri qorumaqda xüsusilə təsirli olur.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, flavonoidlər, immuniteti artıraraq bədənin xəstəliyə qarşı müqavimət göstərməsini təmin edir. Hüceyrə pərdələrini və hüceyrə funksiyasını idarə altında tutmağa kömək edir.

Xərçəngdən qoruyur: Dəvə tikanı bitkisi üzərinə edilən araşdırmalara görə bitkidə olan bəzi aktiv maddələr xərçəng əleyhinə xassələrə malikdir. Silimarin olaraq adlandırılan aktiv bir maddə, güclü antioksidant xüsusiyyətləri daşıyır. Aparılan araşdırmalara görə, dəvə tikanı bitkisi xərçəng hüceyrələrinin inkişafını aradan qaldırır.
 
Öd sağlamlığına yaxşı təsir göstərir: Öd daşı meydana gəlməsini əngəlləmək və ya aradan qaldırmaq üçün lazım olduğunda dəvə tikanı bitkisi faydalı olur. Öd daşı meydana gəlməsinin ilk mərhələlərində daha təsirlidir.
 
Göbələk xəstəlikləriylə mübarizə edir: Dəvə tikanının infeksiyalarla və göbələklərlə mübarizə etdiyi məlumdur. Bundan əlavə, göbələk zəhərlənmələrində dəvə tikanı bitkisi olduqca təsirlidir.
 
Diabetə qarşı yaxşı təsir göstərir: Dəvə tikanı bitkisi özündə olan antioksidantlar, yağ turşuları və silimarin maddəsi ilə qanda şəkərin səviyyəsini balanslaşdırır və şəkər xəstəliyinə tutulma riskini azaldır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/539303.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR