Gəncədə ağır yol qəzası

Gəncədə xəsarətlə nəticələnən yol qəzası baş verib.

Metbuat.az bildirir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində baş verib. “VAZ 21011” və “Niva” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-ın sürücüsü Ceyhun Yusifov və sərnişini Elşən Yusifov müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.

Onlara tibbi yardım göstərilib vəziyyətlərinin normal olduğu bildirilir

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. // APA-


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR