Ağır atletika üzrə Azərbaycan birinciliyi başa çatıb

Ağır atletika üzrə Azərbaycan birinciliyi başa çatıb
22:02 29 Aprel 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 29 aprel. REPORT.AZ/ Xırdalan şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyi başa çatıb. "Report"un məlumatına görə, turnirdə ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən 100-dən çox atlet iştirak edib.
Körpücük üzərinə son olaraq çəkisi 105 kq və 105 kq-dan yuxarı olan atletlər çıxıblar.
Yaşı 20-yə qədər olan gənclər arasında 105 kq çəki dərəcəsində qızıl medala toplam 266 kq (116+150) nəticə ilə Ümidvar Bayramlı sahib çıxıb. Bu çəkidə yaşı 23-ə qədər olan gənclər arasında qızıl medala isə toplam 285 kq (126+159) nəticə ilə Əli Əliyev layiq görülüb.
Yaşı 20-yə qədər olan gənclər arasında +105 kq çəki dərəcəsində qızıl medalı toplam 260 kq (120+140) nəticə ilə Asxab Kolayev qazanıb. Bu çəkidə yaşı 23-ə qədər olan gənclər arasında qızıl medalı isə toplam 250 kq (110+140) nəticə ilə Xəlil Gəraylı əldə edib.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/agir-atletika-uzre-azerbaycan-birinciliyi-basa-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR