İŞİD-çilər "Taliban" liderlərindən birini öldürdülər

İŞİD-çilər "Taliban" liderlərindən birini öldürdülər
22:42 29 Aprel 2017
39 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terrorçuları Əfqanıstanda "Taliban" hərəkatının liderlərindən birini öldürüb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "Reuters" əfqan taliblərinə istinadən məlumat yayıb.
Xəbərdə bildirilir ki, hadisə Pakistanın şimal-qərbindəki Peşavar şəhərində baş verib. "Taliban" hərəkatındakı mənbənin agentliyə verdiyi məlumata görə, öldürülən şəxs Maulvi Dauddur. O, şəhər ətrafında qruplaşmalar arasında baş vermiş silahlı qarşıdurmada məhv edilib.
Daudla yanaşı, daha 2 nəfər də öldürülüb.
"Taliban"ın nümayəndəsi Zabiullah Mücahid Daudun ölümünü təsdiqləyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/540103.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR