Evliliyin möhkəm olması üçün nəzərə alınmalı şərtlər

Evliliyin möhkəm olması üçün nəzərə alınmalı şərtlər
23:12 29 Aprel 2017
101 Ölkə
Ölkə mətbuatı
A- A+

İnsanların əksər hissəsi belə düşünür ki, əgər həddi-büluğa çatıblarsa, evlənə bilərlər. Lakin həqiqət belədir ki, insanın evlənməsi üçün ancaq həddi-büluğa çatmaq kifayət etməz.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, başqa şərtlərin də olması zəruridir. Əlbəttə ki, bu şərtlər şəri deyildir, mütəxəssislərin məsləhəti əsasındadır. Şəri baxımdan insanın evlənməsi sadə şərtlərə əsaslanır.

Beləliklə, bu şərtlərlə tanış olaq.

1. Əqli büluğ. Fikri büluğa çatmağın nişanəsi budur ki, bu insanlar əməllərini ölçülmüş yerinə yetirərlər. Qərar verən zaman məntiqlərindən istifadə edərlər. Onlar əvvəl düşünər və sonra danışarlar. O kəs ki, fikri büluğa çatmaz - məsuliyyəti qəbul etməz. Ona görə də ailəsinə əhəmiyyət verməz.

2. Nikah büluğu. Fikri və cinsi büluğa çatmağın cəmi nikah büluğudur. Quran bu haqda buyurur:"Yetimləri evlənmək həddinə (hər bir insanın və heyvanın ruhi və cismi təkamülünün ilk mərhələsi olan cinsi yetkinlik həddinə) çatana qədər sınayın. Beləliklə, əgər onlarda (fikir və ağıl baxımından) bir inkişaf görsəniz, onların mallarını özlərinə qaytarın". ("Nisa" 6).

3. Sevgi büluğu. Evlənmək üçün zəruri olan şərtlərdən biri də sevgi büluğudur. Bu insanlar öz hisslərini kontrol etməyi bacarırlar və müxtəlif şəraitlərdə münasib hissləri büruzə verə bilirlər. Bu insanlar gülməklərini və ağlamaqlarını, qəzəblərini kontrol edə bilirlər.

4. İctimai büluğ. İctimai büluğa çatmaq da zəruri şərtlərdəndir. Bu insanlar özlərini başqalarına görə məsuliyyətli bilərlər. Başqalarının yardımına qaçar və əllərindən gələni onlar üçün edərlər. İctimai qanunlara əhəmiyyət verərlər.

5. Mədəni büluğ. O insanlar ki, mədəni büluğa çatıblar, bütün varlıqları eşq, ümid və təravətlə doludur. Onlar həmişə yarım dolmuş stəkanı görə bilirlər. Başqa sözlə desək, nikbindirlər. Onlar öz agahlıqlarını artmağa səy göstərən insanlardırlar.

6. Əxlaqi büluğ. İnsan əxlaqi büluğa çatmalıdır ki, evlənə bilsin. Çünki əgər əxlaq olmazsa, ailənin təməli elə əvvəldən sarsılar. O kəslər ki, əxlaqi büluğa çatmayıblar, başqalarına hörmət qoymaz və başqalarının sözünü eşitməyə taqətləri olmaz.

7. İqtisadi büluğ. Bu insanların cəmiyyətdə ruzi qazanmaq üçün məharətləri və istedadları vardır. Onlar iş görməyi sevirlər. Həmçinin qazandıqları pulu lazımlı həddə xərcləməyi bacarırlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/539319.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR