Havada baş verənlər: Stüardessanın şok etirafları – FOTO

Havada baş verənlər: Stüardessanın şok etirafları – FOTO
23:17 29 Aprel 2017
113 Maraqlı
Ölkə mətbuatı
A- A+

Əksəriyyətimiz azından bir dəfə səmada olmuşuq. Uzaq yolçuluqların 1 nömrəli daşıyıcısı olan təyyarələr və bu nəqliyyat vasitələrində baş  verənlər həmişə müxtəlif lətifələrdə, əhvalatlarda yaşayır. Hətta təyyarədə uçmayan şəxslərin də "səma sərgüzəştləri" haqqında söhbətləri olur. 

Milli.Az a24.az-a istinadən bildirir ki, hava limanında və təyyarədə hər şeyin qaydalar çərçivəsində olmasına baxmayaraq bu qaydaları tənzimləyən ilk məqam sərnişinlərin davranışı imiş. İngiltərə aviaşirkətlərinin birində çalışmış Melis adlı stüardessa etiraf edib ki, müştərilərin nəzakətli davranışı sonrası onların bir çox istəkləri yerinə yetə bilər. "Çünki bizim ömrümüzün böyük hissəsi səmada keçir. Bizim demək olar ki, başqa əyləncəmiz yoxdur. Bir nəzakətli davranış sonrası biz müştərilərin bir çox istəklərini yerinə yetirər, hər cür kaprizlərinə qatlanarıq". Stüardessanın etirafına görə müştərilərin kobudluğu, yanlış davranışları isə onların uçuş saatını cəhənnəmə çevirə bilər. "Burada sərnişinlə ən yaxın əlaqədə olan insanlar bizik. Məsələn, mən kobudluq gördüyüm sərnişinlərə qarşı dəfərlərlə bunu etmişəm: İstədiyi yemək, şirə və başqa şeylər ehtiyatda olduğu halda, ona yox cavabı vermiş və onun inciməsinə şərait yaratmışam".

Digər bir işçinin etirafına görə birdəfəlik istifadə üçün nəzərdə tutulmuş qəhvə qabları birdəfəlik deyil, hətta həmin plastik stəkanlar əksər hallarda yuyulmurmuş. Qəhvəli stəkana yeni qəhvə süzülərək müştərilərə təqdim edilir.

Növbəti etiraf ev heyvanları ilə birgə uçuş keçirən sərnişinlər üçündür. Təyyarədə işləyən şəxs heyvanlar üçün nəzərdə tutulan yerə səsazaldıcı qulaqlıqla daxil olur. Çünki təyyarə hərəkətdə olduğu zaman heyvanlar üçün nəzərdə tutulmuş yerdə qulaqbatırıcı səs hökm sürür. Heyvancığazlar isə saatlarla bu yerdə qalmaq məcburiyyətində olurlar.

Əksər insanlar üçün maraqlı və sirli qalan ən ciddi etiraf Amerika aviaşirkətində çalışan Çin əsilli stüardessadan gəlir: "Nə qədər inandırıcı görünməsə də təyyarədə cinsi əlaqədə olan şəxslərə dəfələrlə rast gəlinir. Bunu zibil qutularındakı qoruyuculara (prezerativ), eşitdiyimiz intim səslər və gözümüzlə gördüyümüz səhnələrə əsasən deyirəm". Həmin stüardessanın "Bəs özünüz hansısa pilotla cinsi əlaqədə olmusunuzmu?" sualına verdiyi cavab isə "səma səgüzəştləri" sahəsində danışılan lətifələrin nə qədər həqiqi olduğunu göstərir: "Bir neçəsi ilə olmuşam".

Növbəti etiraf: Qulaqlıqlar paketlənsə də yenilənmir. Əslində bir dəfə istifadə üçün nəzərdə tutulsa da, qulaqlıqlar dəfələrlə dövriyyəyə buraxılır.

Əksəriyyətimizi şoka salacaq növbəti etiraf təqaüddə olan rus pilotundan gəlir: "Əksər pilotlar uçuş zamanı yatırlar. Təyyarə müəyyən bir mövqeyə keçdikdən sonra pilot kabinəsində olan heyətin demək olar ki, hamısı yatır. Qulaqlıqları olduğundan siqnal gələn kimi siqnala reaksiya verir və ardınca yuxularının ardına davam edirlər".

 

Hava yolçuluğu ilə bağlı deyilən digər bir maraqlı informasiya isə uçuş üçün ən uyğun günün çərşənbə axşamı olması ilə bağlıdır. Həftənin həmin günü günortadan sonra həm biletlər, həm uçuş zamanı lazım olan bütün məhsullar endirimdə olur. Eyni zamanda hava limanlarında demək olar ki, sıxlıq olmur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/540108.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR