iPhone-nu sıradan çıxarmağın yeni üsulu aşkarlanıb - VİDEO

iPhone-nu sıradan çıxarmağın yeni üsulu aşkarlanıb - VİDEO
23:17 29 Aprel 2017
Ölkə mətbuatı
A- A+

"Apple"ın mobil sistemində yeni boşluq aşkarlanıb.

Milli.Az technote.az-a istinadən bildirir ki,Control Center-də eyni anda kliklənmiş bir neçə düymə, iPhone-nun donmasına gətirib çıxara bilər. Göründüyü kimi iPhone sisteminin donmasını təmin etmək heçdə çətin deyil. Ekranın aşağı panelində yerləşmiş kamera, kalkulyator hissələrindən birini, gecə rejiminə (Night Shift) keçid düyməsini və AirDrop adlı hissəni eyni anda klik etmək bəs edir ki, sizin iPhone-nunuzun sistemi donsun. Bu zaman bir neçə saniyədən sonra smartfon avtomatik olaraq yenidən işə düşəcək. Lakin bu halda smartfonu bir dəfə də söndürüb yandırmaq lazım olacaq. Əks halda Wi-Fi özəlliyi çalışmayacaq. Çətin ki, düymələrin bu cür kombinasiyası kimdəsə təsadüfi şəkildə həyata keçirilsin. Buna baxmayaraq qorxulu bir şey yoxdur. Qeyd etmək lazımdır ki, bu sistem boşluğu iOS-in sonuncu versiyalarında keçərlidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

iPhone-nu sıradan çıxarmağın yeni üsulu aşkarlanıb


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/539292.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR