Lincoln-dan yeni Navigator - FOTO

Lincoln-dan yeni Navigator - FOTO
23:27 29 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Lincoln şirkəti yolsuzluq avtomobili Navigator-un yeni nəslini təqdim edib. Xarici görünüş cəhətdən demək olar ki, tamamilə konsept-karı təkrarlayan modelin dünya debütü Nyu-York motorşousunda keçiriləcək.

Milli.Az auto.az-a istinadən bildirir ki, yeni Navigator Ford F-150-nin şassisində, polad çərçivə ilə yığılıb. O, alüminium ban alıb ki, bu da avtomobili 91 kiloqram yüngül edib. Avtomobil, həmçinin standart modifikasiya və uzadılmış təkər bazası alıb. Sonuncuda avtomobilin qabarit uzunluğu 5,6 metrə çatır.

Böyük yolsuzluq avtomobili 3,5-litrlik biturbo altılıq EcoBoost-la hərəkətə gəlir. Onun gücü 385 a.g.-dən 456 a.g.-ədək artırılıb. Aqreqat 10-pilləli avtomat sürət qutusu ilə birgə çalışır. Şirkət hələlik avtomobilin dinamik xarakteristikası və yanacaq sərfiyyatı barədə məlumat vermir.

Navigator-un salonunda 12-düymlük ekranı olan rəqəmsal cihazlar paneli, Apple CarPlay və Android Auto-nu dəstəkləyən böyük ekranlı multimedia sistemi SYNC 3 və proyeksiyalı displey alıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/535256.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR