Gənəgərçək yağının artritə dərman olduğunu bilirdinizmi?

Gənəgərçək yağının artritə dərman olduğunu bilirdinizmi?
23:42 29 Aprel 2017
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Gənəgərçək yağının artrit səbəbli meyadana gələn ağrıları aradan qaldırdığı tibbi araşdırmalar zamanı öz təsdiqini tapıb. Gənəğərçək yağı iltihab əleyhinə təsir göstərir. Onunla ayaqları massaj eləmək arteriya damarlarında olan iltihabi prosesləri aradan qaldırmaq gücünə sahibdir. İltihabın tədricən aradan qalxması isə artrit səbəbli meydana çıxan ayaq ağrılarını aradan qaldırır.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, artit əlamətlərinin aradan qalxması üçün aşağıdakı vasitədən də istifadə edə bilərsiniz:
1. Pambıq və ya fanel parça götürün və 3-4 qat qatlayın.
2. Su hamanında gənəgərçək yağını qaynar edin.
3. Qatlanmış parçanı yağa batırın.
4. Yağda islanmış parçanı iltihab olan nahiyəyə qoyun.
5. Parçanın üstünü polietilen plyonka ilə bükün.
6. Polietilen paketin hər tərəfinə isti qrelka qoyun və ayağınızın üstünə isti adyallar örtün.
7. 50-60 dəqiqə müddətində ayağınızı bu qaydada saxlayın və yağın soyumasına icazə verməyin.
8. Ayağınızı isti su ilə yuyub qalın corab geyinin.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/539342.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR