Təzə gicitkən - SAĞLAMLIQ MƏNBƏYİ

Təzə gicitkən - SAĞLAMLIQ MƏNBƏYİ
23:42 29 Aprel 2017
222 Ölkə
Ölkə mətbuatı
A- A+

Gicitkən qədim zamanlardan faydalı müalicəvi bitki kimi tanınır. Həmçinin təzə gicitkən qiymətli qidalı məhsuldur.
Yazda təzə gicitkəndən çox dadlı və faydalı sup, borş bişirmək, salatlara, gutablara əlavə etmək, digər göyərtilərlə birlikdə qovurmaq olar.
- Təzə gicitkən C vitamini ilə olduqca zəngindir. Bu vitamin immun sistemini möhkəmləndirir, damarların sağlamlığını və elastikliyini qoruyur, orqanizmi cavanlaşdırır.
- A vitamini ilə zəngin olan təzə gicitkən dərinin vəziyyətinə müsbət təsir edir, görmə üçün faydalıdır.
- Təzə gicitkən qanazlığı zamanı da çox faydalıdır. Milli.Az saglamolun.az-a istinadən bildirir ki, qədim zamanlarda təzə gicitkəni ağır doğuş keçirmiş və çoxlu qan itirmiş qadınlara verirdilər. Bu onlara daha tez ayağa qalxmağa kömək edirdi.
- Gicitkən qədimdən "qadın otu" sayılır. Bu ot qadınlarda güclü menstrual qanaxmaları azaldır, menstrual ağrıları zamanı kömək edir.
- Təzə gicitkən orqanizmə əlavə güc verir, orqanizmin tonusunu qaldırır, insanı daha gümrah edir.
- Gicitkən həzm proseslərini yaxşılaşdırır, bağırsaqları təmizləyir.
- Təzə gicitkən şəkərli diabet xəstələri üçün də faydalıdır.
Təzə gicitkəndən hazırlanmış çay da çox faydalıdır. Belə çay arıqlamağa kömək edir. Gicitkən çayı hazırlamaq üçün 2 x.q. doğranmış təzə gicitkəni 1 stəkan qaynar suda yarım saat ərzində dəmləyin, sonra süzün və gün ərzində 2 dəfə (səhər və axşam) yeməkdən 20-30 dəqiqə əvvəl için.
Qanı qatı olan, varikoz xəstəliyi və yüxarı təzyiqdən əziyyət çəkənlərə təzə gicitkən ziyanlı ola bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/539976.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR