"Türkiyə NATO-nun vacib üzvüdür" - NATO-nun baş katibi

"Türkiyə NATO-nun vacib üzvüdür" - NATO-nun baş katibi
23:47 29 Aprel 2017
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyə NATO-nun vacib üzvüdür.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq "Welt am Sonntag" qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ankara NATO-nun Əfqanıstanda, Kosovoda və dünyanın digər bölgələrində missiyalarının həyata keçirilməsinə misilsiz töhfəsini verir.

Stoltenberq qeyd edib ki, NATO Türkiyə olmadan zəif olacaq və əlavə edib ki, Türkiyə bir çox səbəblər üzündən NATO-nun vacib müttəfiqidir.

O, qeyd edib ki, bu, xeyli dərəcədə Türkiyənin coğrafi yerləşməsi və hərbi potensialı ilə bağlıdır.

"Türkiyə qarşıdurma və toqquşmalar davam edən Suriya və İraqla həmsərhəddir", - Stoltenberq deyib.

Stoltenberq qeyd edib ki, Türkiyə Avropanın və NATO-nun təhlükəsizliyi üçün vacib ölkədir.

BMT-nin baş katibi Türkiyə siyasətini tənqid edən qərb ölkələrini "qarşılıqlı hörmət nümayiş etdirməyə, sakitliyi qorumağa və öz müttəfiqlərinə düzgün yanaşmağa" çağırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/540113.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR