Hikmətyar talibləri danışıqlara çağırdı

Hikmətyar talibləri danışıqlara çağırdı
23:47 29 Aprel 2017
81 Dünya
Ölkə mətbuatı
A- A+

Əfqanıstanda ən nüfuzlu səhra komandirlərindən biri olan Gülbəddin Hikmətyar talibləri hökumət qoşunları ilə silahı qarşıdurmanı dayandırmağa və sülh danışıqlarına başlamağa çağırıb. "Xezb-e İslami" partiyasının lideri ötən ilin sentyabrında Əfqanıstan hökuməti ilə ilk sülh sazişi imzalayaraq ölkəyə qayıdıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Hikmətyarın çıxışı mücahidlərin qələbəsi kimi qeyd olunan Nəcibulla rejiminin devrilməsinin 25-ci ildönümü ilə üst-üstə düşüb. Əfqanıstan hökumətinin başçısı Abdulla Abdulla onun bu addımını təqdir edib və xalq tərəfindən alqışlandığını bildirib.

Xatırladaq ki, ABŞ dəniz piyadalarının 30 nəfərlik ilk dəstəsi bu gün Əfqanıstanın cənubunda yerləşən Gilmənd vilayətinə gəlib. Ölkənin ən gərgin regionlarından olan bu əyalətə ümumilikdə 300 dəniz piyadası göndəriləcək. Hərbçilərin əsas hədəfi aprelin 28-də ənənəvi "bahar hücumlarına" başladığını elan edən "Taliban" hərəkatı ilə mübarizə olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/540112.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR