Gəncə sakini bıçaqlandı

Gəncə sakini bıçaqlandı
23:49 29 Aprel 2017
115 Digər
Ölkə mətbuatı
A- A+

Gəncədə bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 1995-ci il təvəllüdlü Məmmədov Elcan Qəşəm oğlu yan hissəsinin yumşaq toxumasının kəsilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. E. Məmmədov Gəncədə avtovağzalda mübahisə zəminində bıçaqlandığını deyib.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273447

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR