"Bavariya" ardıcıl 5-ci dəfə Almaniya çempionu olub

"Bavariya" ardıcıl 5-ci dəfə Almaniya çempionu olub
23:52 29 Aprel 2017
53 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 29 aprel. REPORT.AZ/ "Bavariya" klubu vaxtından əvvəl futbol üzrə Almaniya çempionu adını qazanıb.
"Report"un məlumatına görə, bu, Bundesliqanın XXXI turunda "Volfsburq" üzərində 6:0 hesablı səfər qələbəsindən sonra gerçəkləşib. Xallarını 73-ə çatdıran Münhen təmsilçisi ən yaxın izləyicisi "Leyptsiq"i 10 xal geridə qoyub və sona 3 tur qalmış əsas rəqibi üçün əlçatmaza çevrilib.
Bu, "Bavariya"nın ardıcıl 5-ci, tarixində isə 27-ci çempionluğu olub.
Komandanın baş məşqçisi Karlo Ançelotti isə Avropanın 4 müxtəlif top-liqasının qalibi adını qazanan ilk mütəxəssis olub. Əvvəllər Ançelotti İtaliya A Seriyası ("Milan"), İngiltərə Premyer Liqası ("Çelsi") və Fransa Liqa 1-nin (PSJ) çempionu olub. İspaniyada isə o, "Real Madrid"la La Liqa qalibiyyəti istisna olmaqla, bütün titulları - ölkə kuboku və Superkuboku, Çempionlar Liqası, UEFA Super Kuboku və klublararası dünya çempionluğu qazanıb.
Qeyd edək ki, "Bavariya" bu mövsüm Çempionlar Liqasında 1/4 finalda mübarizəni dayandırıb. Almaniya klubu "Real Madrid"ə hakim səhvləri nəticəsində əlavə vaxtda uduzub - 1:2, 2:1 (0:3). 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/bavariya-ardicil-5-ci-defe-almaniya-cempionu-olub-vi-deo

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR