Kürək və onurğaətrafı nahiyələr nədən ağrıyır?

Kürək və onurğaətrafı nahiyələr nədən ağrıyır?
23:52 29 Aprel 2017
131 Ölkə
Ölkə mətbuatı
A- A+

Kürək və onurğaətrafı nahiyələrin ağrımasından əksər insanlar şikayət edir. Kürəkdə olan ağrılar orqanizmdə baş verən patoloji proseslərin əlamətidir. Buna görə də kürək ağrılarını aradan qaldırmaq üçün onu əmələ gətirən əsas səbəbi öyrənmək və xəstəliyi müalicə etmək lazımdır. Kürək və onurğaətrafı nahiyədə əmələ gələn ağrılar aşağıdakı səbəblərdən meydana gələ bilir:
Onurğa yırtığı  
Milli.Az immunitet.az-a istinadən bildirir ki, xəstəlik makro və mikrotravmalardan müydana gəlir. Bu zaman hərəkət edərkən, asqırarkən, öskürərkən kəskin ağrılar meydana çıxır. Onurğa yırtığı ayaqların ucuna kimi ağrı, keyləşmə, qarışqa gəzməsi hissi, gücün azalması ilə özünü biruzə verir. Xəstəliyin diaqnozu MRT və KT vasitəsilə qoyulur.
Diskin sürüşməsi
Bu zaman beldən ayağa qədər vuran kəskin ağrılar müşahidə edilir. Xəstəlik travmalar zamanı əmələ gəlir. Ağrılar nəinki ayaqlara hətta kürək nahiyəyə də irradiasiya edir.
Əzələ ağrıları
Onurğaətrafı nahiyənin əzələ toxumasının xəstəliyi (miozit) kürək və onurğaətrafı nahiyədə vaxtaşırı meydana gələn əzələ ağrıları ilə müşayiət edilir. Ağrıların səbəbi müalicə olmadıqda residiv olaraq tez-tez əmələ gəlir və xəstəni narahat edir. Bu zaman ağrılarla bərabər əzələlərdə gərginləşmə də meydana çıxır. Ağrı və gərginlik hissi bir və ya ikitərəfli ola bilir. Bu ağrılar isə yorğunluq, nəm və küləkli, soyuqlama zamanı daha çox baş verir. Əzələ ağrıları zamanı MRT və KT müayinəsi heç bir nəticə vermir.
Aptropatiya
Artropatiya travma səbəbli əmələ gəlir.Bu zaman kürək nahiyədə yerli gərginlik, onurğanın dartılması hissi, toxunma zamanı ağrı müşahidə edilir. Bu səbəbli əmələ gələn ağrıları yanlız kortikosteroid vurduqdan sonra sakitləşdirmək mümkün olur.
Onurğanın stenozu
Onurğanın stenozu yetkinliklə əlaqədar olaraq baş verən dəyişikliklər zamanı meydana çıxır. Xəstəlik özünü kürəkdə ağrılar, bir müddət gəzdikdən sonra ayaqlarda ağrılar, ayaqlarda taqətin olmaması, kürək nahiyədəki qabırğaları şaqqıldadan zaman yüngülləşmə ilə göstərir.
Kürək nahiyədə ağrının əmələ gəlmə səbəbini öyrənmək üçün kompyuter tomoqrafiyasından və MRT-dən isitifadə edilir.
Kürək və onurğaətrafı nahiyədə ağrıları aradan qaldırmaq üçün aşağıdakı müalicə vasitələrindən istifadə edilir:
* iynə refleks terapiyası
* vakkum terapiyası
* manual terapiya
* lazer müalicəsi
* dərmanla müalicə
* elektrostimulyasiya
Profilaktikası
Belində və kürəyində ağrı olan adamlara ağırlıq qaldırmaq, sərt şəkildə dönmək, kürək nahiyəni soyuğa vermək məsləhət görülmür. Belə insanlar piyada gəzməli, şax durmalı, ortopedik yataqda yatmalı, əyilib qalxanda diqqətli olmalı, uzun müddət boynunu aşağı əyib iş görməməlidir. Onlara 20-30 dəqiqə eyni vəziyyətdə oturmaq olmaz.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/539343.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR