Corab sataraq milyonçu olan məktəbli

Corab sataraq milyonçu olan məktəbli
23:57 29 Aprel 2017
141 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Oregon əyalətində yaşayan 17 yaşlı Brennan Agranoff yaratdığı corab şirkəti ilə milyonçu olub.

Milli.Az bizplus.az-a istinadən bildirir ki, Brennanın yaratdığı HoopSwagg şirkəti özəl dizaynlı corablar internetlə satış edərək bugünə qədər 1 milyon dollarlıq satış edib. Brennan hər gün 100 sifariş almağına baxmayaraq 500-ə yaxın corab istehsal edir.

Bu fikir Brennanın ağlına 13 yaşında məktəbdə basketbol oyunları zamanı gəlib. Ailəsindən 3 min dollar alaraq işə başlayıb.

Sonrakı altı ay ərzində şirkəti necə inkişaf etdirəcəyini düşünən Breannan online satışlarla istəyinə nail olub.

Gənc milyonçu corabların satışını Amazon, etsy və Ebay vasitəsilə də həyata keçirir və hədəfi mağaza açmaqdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/539981.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR