İldırım sürətli silahlanma – kabus, yoxsa reallıq...

İldırım sürətli silahlanma – kabus, yoxsa reallıq...
23:57 29 Aprel 2017
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünyanın super gücləri arasında olan rəqabət onların, xüsusilə də ABŞ, Rusiya və Çinin  sürətli silahlanmasına gətirib çıxarır. Bu isə bir sıra ekspertlər tərəfindən soyuq müharibənin yenidən başlanması kimi qiymətləndirilir.
 
Analitiklər hesab edirlər ki, bu cür gedişat  geopolitik mənzərənin dəyişəcəyi kimi qorxunc ssenarilərin reallaşmasına gətirib çıxara bilər.
 
Milli.Az modern.az-a istinadən bildirir ki, istər Qərb, istərsə də Rusiya bir-birini beynəlxalq konvensiyalara riayət etməməkdə suçlayır.
 
Qərb siyasi çevrələrində düşünürlər ki, Rusiya silahlanma ilə hazırkı dünya nizamını təkrar nəzərdən keçirmək niyyətini güdür. Rusiyanın rəqibləri hesab edilər ki, Moskvanın belə geosiyasi ambisiyaları əsassız məntiqə söykənir.
 
Qərbin Çinlə münasibətləri isə Rusiya ilə olduğundan fərqlidir, yəni nisbətən isti əlaqələr nəzərə çarpır.
Bu fonda ABŞ-ın raket hücumundan yeni müdafiə sistemi yaratması isə Pentaqona 200 milyard dollara başa gələcək.
 
Hərbi ekspertlərin fikrincə isə, ABŞ-ın yeni sistemi genişmiqyaslı münaqişələrdə Vaşinqtonun geosiyasi opponentlərinə ciddi şəkildə problem yaratmayacaq.
Çünki  nə Çin, nə Rusiya, nə Şimali Koreya nə də İran ABŞ-ın belə hərbi strategiyasından dərin narahatlıq keçirir. Çünki bu ölkələrin özlərinin də hərbi sistemi kifayət qədər inkişaf edib.
 
Bundan başqa heç kim birtərəfli qaydada beynəlxalq müqavilələri pozmaq üçün böyük məbləğdə pular xərcləmək niyyətində deyil.
Amma istər hücum raketləri, istərsə də raket əleyhinə müdafiə sistemləri yaratmaq geosiyasi oyunçular üçün hava-su qədər vacibdir. Bu, hərbi-strateji balansın qorunmasına xidmət edir və gələcəkdə hər hansı hücumların olmasının qarşısını alır, desək, yəqin ki, yanılmarıq.
 
Qızğın və açıq silahlanmanın geopolitik ziddiyyətlərin ayrılmaz tərkib hissəsi kimi pik həddə çatması realdır.
 
Çünki mürəkkəb siyasi situasiyalarda hərbi potensial əsas arqumentlərdən biridir və bu qlobal təsir mexanizmlərinin bölüşdürülməsində böyük rola malikdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/540117.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR