ABŞ həbsxanalarında bərbad vəziyyət: qadınlara təcavüz edilir

ABŞ həbsxanalarında bərbad vəziyyət: qadınlara təcavüz edilir
23:57 29 Aprel 2017
147 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünyanın supergüclərindən biri olan ABŞ bir çox sahələrdə rəqiblərini üstələyir. İstər hərbi, istər iqtisadi, istərsə də siyasi müstəvidə.
 
Amerika qlobal iqtisadiyyatın və beynəlxalq siyasətin dominant qüvvəsindən biridir. O, geopolitik prioritetləri müəyyənləşdirir və uzaq perspektiv üçün dahiyanə strategiyalar hazırlayıb həyata keçirir.
 
Lakin hər bir ölkə kimi ABŞ-ın da daxili problemləri mövcuddur, bütün dövlətlər kimi Amerika da bir çox problemlərdən əziyyət çəkir.
 
Xüsusən Amerika həbsxanalarında hökm sürən atmosfer, qarşısı alına bilməyən özbaşınalıq diqqət çəkir.
 
Milli.Az modern.az-a istinadən bildirir ki,ABŞ-da hər 5 məhbusdan biri dustaq yoldaşlarının və həbsxana nəzarətçilərinin hücumlarına məruz qalır.
 
Təhlükəsizlik  - bu, bütün dünyadakı  həbsxanaların problemidir.  Bu, Amerikadan da yan keçmir. Amerikada islahedici müəssisələrdə və həbsxanalarda  fiziki və seksual zorakılıq var.
 
Amerika həbsxanalarında kişi məhbusların 19 faizi digər dustaqlar tərəfindən fiziki zorakılığa məruz qalırlar.
Məlumatlara görə, 21 faiz isə nəzarətçilərin fiziki təzyiqləri ilə üzləşirlər.
 
Rəsmi məlumatlara görə, 2011-ci ildə bütün Amerika həbsxanalarında  zorlama və digər seksual təzyiqlərin sayı 8800 olub.
 
Lakin araşdırma nəticəsində bu rəqəmin həddindən artıq kiçildiyi bildirilir. Belə ki, dəmir barmaqlıqlar arasında seksual zorakılıq qurbanlarının sayı 180 min nəfəri təşkil edir.
Maraqlısı isə budur ki, dustaqlar öz məhbus yoldaşları ilə yanaşı, həbsxana personalının da seksual zorakılığına məruz qalırlar.
Amma bunların 66 faizi məhbusların öz razılığı əsasında baş tutur.
 
Qadınlar
 
Amerika həbsxanalarında qadın məhbuslar ümumi məhbusların 7 faizini təşkil edir. Onların 22 faizi dustaq yoldaşları tərəfindən seksual zorakılığa məruz qalırlar. 33 faizi isə həbsxana personalının tərəfindən cinsi təcavüzə uğrayır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/540116.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR