Polad Bülbüloğluya "Türkmənistanın Xalq artisti" adı verilib

Polad Bülbüloğluya "Türkmənistanın Xalq artisti" adı verilib
00:01 30 Aprel 2017
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Türkmənistan prezidenti Qurbanqulı Berdımuhamedovun fərmanı ilə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluya "Türkmənistanın Xalq artisti" fəxri adı verilib.

Trend-in məlumatına görə, fərmanda deyilir ki, fəxri ada Polad Bülbüloğlu dostluq, qardaşlıq, mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə və Türkmənistan və Azərbaycan xalqları arasında əməkdaşlığa, İki ölkə arasında mədəni və humanitar sahələrdə dialoqun möhkəmləndirilməsinə, mahnı-musiqi sənətinin inkişafında uğurlarına və istedadına görə, layiq görülüb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2748224.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR