Günün qoroskopu: sual verməkdən çəkinməyin

Günün qoroskopu: sual verməkdən çəkinməyin
00:05 30 Aprel 2017
161 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - qısamüddətli də olsa, istirahətə vaxt tapın, qüvvələrinizi bərpa edin. İşdə həmkarlarla fikir ayrılığı yarana bilər. Sərt mübahisəyə başlamayın, ümumi dil tapın və harmoniyanı tezliklə bərpa edin.

Buğa - ailə üzvləriniz sizə yardım etməsələr də, ev işlərinin öhdəsindən gələcəksiniz. Qeyri-adi məşğuliyyət, müxtəlif eksperimentlər üçün əlverişli gündür.

Əkizlər - konstruktiv düşünün, praktiki davranın, soyuqqanlı və təmkinli olun. İşdə və evdə münaqişlərə yol verməmək üçün sağlam məntiqə istinad edin.

Xərçəng - istənilən yeni layihə və ya planı sizin üçün önəmli insanlarla müzakirə edin. Belə davransanız, gələcəkdə yarana biləcək bir sıra problemlər və anlaşılmazlıqların qarşısını ala bilərsiniz. Sual verməkdən çəkinməyin. Aldığınız cavablar sizi sevindirəcək.

Şir - problemlərinizi yaxın insanlarla bölüşün. Yardım, dəstək və məsləhət alacaqsınız. Evdə təmirə başlamaq, mebelin yerini dəyişmək, yaxud da interyeri yeniləmək olar.

Qız - ən müxtəlif işlər üçün uğurlu gündür. Həmfikir və müttəfiqlər tapmaq çətin deyil. Hətta ən cəsarətli ideyalarınız dəstəklənəcək. Axşam saatları sakit istirahət üçün əlverişlidir.

Tərəzi - qarşılaşdığınız müşküllər barədə ailə üzvlərinə, etibar etdiyiniz şəxslərə danışsanız, problemlərin həlli asanlaşacaq. İkibaşlı sözlər və birmənalı olmayan ifadələr söyləməyin. Belə ünsiyyət qarşılıqlı anlaşmaya mane olur.

Əqrəb - başqasının tələblərini yerinə yetirən müti şəxsə çevrilməyin. Əks təqdirdə bütün günü başqalarının problemlərini həll etməli olacaqsınız. İşgüzar əlaqələrdə diqqətli və həssas olun. Fırıldaq qurbanına çevrilməyin.

Oxatan - diqqətli və sərvaxt olun. Fikrinizi yayındırmayın, işlərinizlə məşğul olun. Yaxın ətrafınızdakı insanların sizə mane olmalarına iman verməyin. Yardım istəyənə dəstək olun.

Oğlaq - qısamüddətli səfərlər, yaşam arealının dəyişdirilməsi üçün əlverişli vaxtdır. Hisslərinizi etiraf edin, sevdiyiniz insanla birgə vaxt keçirin. Axşam saatlarında bir qədər romantikaya dalın.

Dolça - improvizəyə ehtiyac yaranarsa, yaxın ətrafınızdakı insanları heyrətləndirəcək və ya şoka sala biləcək əməllər yiyəsi olmayın.
Ənənə və qaydaları pozmaq məsləhət deyil.

Balıqlar - məntiqsiz və səbəbsiz riskə yol verməyin. Düşünülməmiş addımlar atmayın. Belə olarsa, gün uğurlu alınacaq. Əvvəlcədən hazırladığınız plan üzrə hərəkət edin.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/537928.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR