Məşhurlar uşaq əmizdirərkən

Körpəni əmizdirmək analıq duyğusunun kuliminasiya məqamıdır. Uşaq dünyaya gətirmək qədər ona ana südü vermək də qadınlığın ən gözəl tablosudur. Bir ananı körpəsini əmizdirmədən təsəvvür etmək mümkün deyil. Bu, həm də qürurlu bir hissdir.

Metbuat.az bildirir ki, obyektiv və subyektiv səbəblərdən dolayı bir çox analar uşaq əmizdirməkdən imtina edirlər. Hətta çoxları bədən quruluşlarının pozulmaması üçün bundan istifadə etmirlər. Daha çox da məşhur simaların uşaq əmizdirməkdən imtina etmələri barədə çox eşidirik. Məhz bu tendensiyanı aradan qaldırmaq üçün ana olan bir çox məşhur simalar süd verən məqamda çəkilən fotolarını paylaşıblar.

Körpələrini əmizdirən məşhurlar bunun qürurunu və xoşbəxtliyini yaşadıqlarını nümayiş etdiriblər. Aile.lent.az uşağına süd verən məşhur simaların fotolarını təqdim edir. Onların arasında Ancelina Coli, Miranda Kerr, Pink, Bleyk Liveli, Padma Lakşmi, Olivia Vayld, Alanis Morissette, Alisa Milano, Quen Stefani, Ceymi Kinq, Gisli Bündxen, Natalia Vodianova, maniken, model, fotomadellər də var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR