Yeni nəsil elektrik maşınlarının istehsalı çətinləşir

Yeni nəsil elektrik maşınlarının istehsalı çətinləşir
01:18 30 Aprel 2017
115 Ölkə
Ölkə mətbuatı
A- A+

Yeni dövr elektrikli avtomobillərdən "Apple" şirkətinin cihazlarına qədər bir çox məhsulların əsas maddələrindən biri kobaltdır. Bu günlərdə bazarlarda bu maddənin qiyməti inanılmaz dərəcədə bahalaşıb.

Publika.az xəbər verir ki, Demokratik Konqo Respublikasında çıxarılan və məhdud ehtiyata malik məhsul olan kobalt 70% bahalaşıb. yanvar ayından bu yana məhdud sayda ehtiyata malik mədən məhsulunun 1 tonu 55 min dollara satılır.

"Apple" şirkətinin yeni dövr texnologiyalarının və Tesla avtomobilləri kimi bir çox texnologiya məhsulları işlədən batareyaların əsas maddələrini təşkil edən kobalt, çətin tapılan ən dəyərli maddə hesab olunur.

2016-cı ildə cəmi 93 min ton kobalt istehsal olunub. Tesla və Apple investisiyaların bazarda sürətli satışı kobaltın qiymətinin qalxmasına səbəb olub.

Ekspertlərə görə, 2020-ci ilə qədər bu nisbət 60% daha artacaq.

Gələn il üçün 500 min yeni nəsil elektrik avtomobili istehsal etmək istəyən Tesla, Afrikanın əvəzinı Şimali Amerikadan kobalt maddəsi əldə etmək üçün müraciət etsə də heç bir nəticə əldə olunmayıb.

Dünya ölkələrindən heç biri artan təlabatı qarşılamaq üçün Demokratik Konqo Respublikası ilə yarışa girə biləcək vəziyyətdə deyil.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/196991.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR