İŞİD-in Mosulda törətdiyi terror aktı nəticəsində 14 polis əməkdaşı həlak olub

İŞİD-in Mosulda törətdiyi terror aktı nəticəsində 14 polis əməkdaşı həlak olub
02:47 30 Aprel 2017
53 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 30 aprel. REPORT.AZ/ İŞİD terror qruplaşmasının silahlıları İraqda polis məntəqəsinə hücum edib.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə Mosulun qərbindəki Bab et-Tub yaşayış məntəqəsi ərazisində baş verib.
Belə ki, İŞİD üzvü olan 6 kamikadzenin törətdiyi terror aktı nəticəsində 14 polis əməkdaşı həlak olub, 20 nəfər yaralanıb.
İraq ordusunun zabiti Haris Kazım bildirib ki, terrorçular polisin iki binasını da ələ keçiriblər. Sonradan keçirilən hava əməliyyatı ilə binalar terrorçulardan geri alınıb. Döyüş zamanı həmçinin İŞİD-in 17 silahlısı məhv edilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-si-d-in-i-raqda-toretdiyi-terror-akti-neticesinde-14-polis-olub-20-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR