Ukrayna prezidentinin xanımı idman telekanalında aparıcılıq edəcək

Ukrayna prezidentinin xanımı idman telekanalında aparıcılıq edəcək
07:47 30 Aprel 2017
99 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 30 aprel. REPORT.AZ/ Ukrayna prezidentinin xanımı Marina Poroşenko idman telekanalının səhər verilişində aparıcılıq edəcək.
"Report"un məlumatına görə, bu barədə "Ukrayna" telekanalında hazırlanan çarxda xəbər verilib.
"...Və hər bir ukraynalı güclü və sağlam olacaq" – deyə Marina Poroşenko öz vətəndaşlarına vəd verib.
Xəbərdə bildirilir ki, Petro Poroşenkonun xanımı üçün "Səhər" şousu çərçivəsində xüsusi "İdmanın ritmində" adlı rubrika hazırlanıb. Marina Poroşenkonun aparıcısı olacağı proqramın birinci buraxılışı mayın 15-də, yerli vaxtla saat 07:15-də efirə gedəcək.
Qeyd edək ki, Ukrayna prezidentinin xanımı müxtəlif sosial layihələrdə də fəal iştirak edir. O, xüsusən inklüziv təhsil sahəsində dəstək layihələri ilə məşğul olur. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ukrayna-prezidentinin-xanimi-idman-telekanalinda-apariciliq-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR