Polad Bülbüloğluna bu ölkədə xalq artisti adı verildi

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna Türkmənistanın Xalq artisti fəxri adının verilməsinə dair fərman imzalayıb.

Metbuat.az bildirir ki, fərmana əsasən, Polad Bülbüloğlu fəxri ada Türkmənistan və Azərbaycan xalqları arasında dostluq, qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə, mədəni və humanitar sahələrdə dialoqun genişləndirilməsindəki xüsusi xidmətləri, habelə istedadı və mahnı-musiqi sənətinin inkişafındakı uğurlarına görə təltif olunub. // APA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR