Vitali Kliçko nokauta düşdü

Vitali Kliçko nokauta düşdü
09:17 30 Aprel 2017
100 İdman
Ölkə mətbuatı
A- A+

Ukrayna təmsilçisi Vitali Kliçko Beynəlxalq Boks Federasiyası (İBF) və Dünya Boks Asossiasiyası versiyaları üzrə superağır çəkidə dünya çempionu titullarını geri qaytara bilməyib.

Milli.Az report.az-a istinadən bildirir ki, o, Londonun "Uembli" stadionunda keçirilən döyüşdə britaniyalı Entoni Coşuaya məğlub olub.

Belə ki, Vitali Kliçko 11-ci raundda rəqibinə texniki nokautla yenilib. Qeyd edək ki, Kliçkonun 41, rəqibi Coşuanın isə 27 yaşı var. 

27 yaşlı Coşua bununla IBF versiyası üzrə çempionluq tituluna 3-cü dəfə yiyələnib. O, professional rinqdə 19 qələbə ilə məğlubiyyət tanımır. Coşua bu qalibiyyətlərin hamısını nokautla əldə edib. 
Kliçko isə 64 dəfə qələbə qazanıb. O, qələbələrindən 53-nü nokautla başa çatdırıb.

Gərgin keçən qarşılaşmanı 90 minə yaxın boks həvəskarı izləyib. Bu, stadionun kassa rekordudur. 
Xatırladaq ki, stadionda bundan əvəvlki rekord 2014-cü ildə, britaniyalı Karl Froçe ilə Corc Qrouvzun döyüşündə qeydə alınıb - 77 min tamaşaçı. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/540126.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR