Prezidentin xanımı aparıcılıq edəcək

Ukrayna prezidentinin xanımı Marina Poroşenko idman telekanalının səhər verilişində aparıcılıq edəcək.

Metbuat.az bildirir ki, bu barədə yerli telekanalların birində məlumat verilib. Xəbərdə bildirilir ki, Petro Poroşenkonun xanımı üçün "Səhər" şousu çərçivəsində xüsusi "İdmanın ritmində" adlı rubrika hazırlanıb. Marina Poroşenkonun aparıcısı olacağı proqramın birinci buraxılışı mayın 15-də, yerli vaxtla saat 07:15-də efirə gedəcək.

Qeyd edək ki, Ukrayna prezidentinin xanımı müxtəlif sosial layihələrdə də fəal iştirak edir. O, xüsusən inklüziv təhsil sahəsində dəstək layihələri ilə məşğul olur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR