Gədəbəydə DAVA: xəsarət alan var

Gədəbəydə DAVA: xəsarət alan var
09:32 30 Aprel 2017
115 Digər
Ölkə mətbuatı
A- A+

Gecə saatlarında Gədəbəy rayonunda döyülmə hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, rayon sakini, 1982-ci il təvəllüdlü Həsənov Elman Rəhman oğlu evinə gedən zaman küçədə bir qrup şəxslə mübahisə edib.

Daha sonra əlbəyaxa dava düşüb və E. Həsənov həmin şəxslər tərəfindən döyülərək ağır xəsarət alıb. Yaralı yaxınlıqdakıların köməyi ilə xəstəxanaya aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra travmatologiya şöbəsinə yerləşdirilən yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/criminal/540128.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR