Roma Papası III Dünya müharibəsi təhlükəsindən danışdı

Katoliklərin ruhani lideri Papa Fransisk Şimali Koreya və ABŞ arasında artan gərginliyə son verilməsi çağırışını edərək diplomatik həll yollarının vacibliyini vurğulayıb.

Metbuat.az bildirir ki, Roma Papası çıxışında başlayan döyüşün insanlığa ciddi zərbə vuracağını qeyd edib. BMT-nin əvvəlki nüfuzunu itirdiyinə diqqət çəkən Papa, qurumun yenidən liderlik xüsusiyyətini ələ alıb məsələyə müdaxilə etməsini istəyib.

Misirə 2 günlük səfərə gələn Papa Fransisk dünyanın lider dövlətlərinin başçılarını diplomatiyaya dəvət edib. O, III Dünya müharibəsi haqda düşüncələrini belə ifadə edib: "Mən 2 ildir parşalanmış bir dünya müharibəsindən bəhs edirəm. Ancaq bu parçalar onsuz da ayrı-ayrı ölkələrdə özünün şiddətli tərəfini göstərir".

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR