Şirvanda AĞIR QƏZA: yaralılar var

Şirvanda AĞIR QƏZA: yaralılar var
09:57 30 Aprel 2017
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Şirvan rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə ötən gün axşam saatlarında şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb.

Belə ki, minik avtomobilinin yolun kənarındakı dirəyə çırpılması nəticəsində sərnişinlər - şəhərin Mehmandarov küçəsinin sakinləri, 26 yaşlı Vadim Viktoroviç Durakov və 27 yaşlı İntiqam İsgəndər oğlu Novruzov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar ilk tibbi yardım aldıqdan sonra xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/540131.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR