Donald Tramp Filippin prezidenti ilə telefonla danışıb

Donald Tramp Filippin prezidenti ilə telefonla danışıb
10:01 30 Aprel 2017
81 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp və Filippinli həmkarı prezident Rodriqo Duterte ilə telefonla danışıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu haqda Ağ Evin mətbuat xidməti məlumat verib.

Söhbət zamanı ölkə başçıları, Şimali Koreya təhlükəsi də olmaqla, regional təhlükəsizlik problemlərini müzakirə ediblər.

Həmçinin ABŞ Prezidenti Duterteni Vaşinqtona dəvət edib.

Mətbuat xidmətindən bildirirlər ki, telefon danışığı Trampın xoşuna gəlib və o noyabrında keçiriləcək Şərgi Asiya sammitində iştirak etmək üçün Filippinə səfərini gözləyir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2748264.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR