Dünyanın intizarla gözlədiyi döyüş baş tutdu - Kliçko məğlub oldu

Dünyanın intizarla gözlədiyi döyüş baş tutdu - Kliçko məğlub oldu
10:29 30 Aprel 2017
103 Digər
Ölkə mətbuatı
A- A+

Ukrayna təmsilçisi Vitali Kliçko Beynəlxalq Boks Federasiyası (İBF) və Dünya Boks Asossiasiyası versiyaları üzrə superağır çəkidə dünya çempionu titullarını geri qaytara bilməyib. Lent.az Report-a istinadən xəbər verir ki, o, Londonun "Uembli" stadionunda keçirilən döyüşdə britaniyalı Entoni Coşuaya məğlub olub.
Belə ki, Vitali Kliçko 11-ci raundda rəqibinə texniki nokautla yenilib. Qeyd edək ki, Kliçkonun 41, rəqibi Coşuanın isə 27 yaşı var.
27 yaşlı Coşua bununla IBF versiyası üzrə çempionluq tituluna 3-cü dəfə yiyələnib. O, professional rinqdə 19 qələbə ilə məğlubiyyət tanımır. Coşua bu qalibiyyətlərin hamısını nokautla əldə edib.
Kliçko isə 64 dəfə qələbə qazanıb. O, qələbələrindən 53-nü nokautla başa çatdırıb.
Gərgin keçən qarşılaşmanı 90 minə yaxın boks həvəskarı izləyib. Bu, stadionun kassa rekordudur.
Xatırladaq ki, stadionda bundan əvəvlki rekord 2014-cü ildə, britaniyalı Karl Froçe ilə Corc Qrouvzun döyüşündə qeydə alınıb – 77 min tamaşaçı.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273463

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR