Vitali Kliçko nokauta düşdü

Ukrayna təmsilçisi Vitali Kliçko Beynəlxalq Boks Federasiyası (İBF) və Dünya Boks Asossiasiyası versiyaları üzrə superağır çəkidə dünya çempionu titullarını geri qaytara bilməyib.

Metbuat.az bildirir ki, o, Londonun "Uembli" stadionunda keçirilən döyüşdə britaniyalı Entoni Coşuaya məğlub olub.

Belə ki, Vitali Kliçko 11-ci raundda rəqibinə texniki nokautla yenilib. Qeyd edək ki, Kliçkonun 41, rəqibi Coşuanın isə 27 yaşı var.

27 yaşlı Coşua bununla IBF versiyası üzrə çempionluq tituluna 3-cü dəfə yiyələnib. O, professional rinqdə 19 qələbə ilə məğlubiyyət tanımır. Coşua bu qalibiyyətlərin hamısını nokautla əldə edib.
Kliçko isə 64 dəfə qələbə qazanıb. O, qələbələrindən 53-nü nokautla başa çatdırıb.

Gərgin keçən qarşılaşmanı 90 minə yaxın boks həvəskarı izləyib. Bu, stadionun kassa rekordudur.
Xatırladaq ki, stadionda bundan əvəvlki rekord 2014-cü ildə, britaniyalı Karl Froçe ilə Corc Qrouvzun döyüşündə qeydə alınıb - 77 min tamaşaçı.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR