İçki satmayan satıcı və qardaşı güllələndi - Türkiyədə dəhşətli hadisə

İçki satmayan satıcı və qardaşı güllələndi - Türkiyədə dəhşətli hadisə
10:57 30 Aprel 2017
77 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Konya şəhərində silahlı insident baş verib.

Milli.Az metbuat.az-a istinadla bildirir ki, mağazaların birinə yaxınlaşan şəxsiyyəti təyin olunmayan şəxs spirtli içki istəyib. Satıcının mənfi cavab verməsi tərəflər arasında mübahisəyə səbəb olub. Hadisədən təxminən 1 saat sonra başqa bir nəfərlə mağazaya qayıdan şəxs içəri girərək odlu silahla atəş açıb. Nəticədə mağazanın sahibi, Abdullah Güner, onun qardaşı və digər 2 nəfər yaralanıb. Hadisədən sonra atəş açan şəxslər avtomobillə oradan uzaqlaşıblar.

Əraziyə sağlamlıq qrupları və polis cəlb edilib. Abdullah Günerin hadisə yerindəcə öldüyü məlum olub. Digər yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı əməliyyat-istintaq tədbiri davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/540146.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR