Yollar bağlandı, işçilər tətil elan etdi

Braziliyada hökumətin işçi hüquqları və pensiyaların verilməsində etdiyi dəyişiklik böyük etirazlara səbəb olub.

Metbuat.az xəbər verir ki, müəllimlər, ictimai nəqliyyatda çalışanlar tətil elan ediblər. San-Paulo və Rio de Janeyro şəhərlərində əsas yolları bağlayan etirazçılara qarşı polis gözyaşardıcı qaz və səs bombalarından istifadə edib. Baş verən qarşıdurmalarda onlarla polis avtomobilinə zərər dəyib. Məktəblərdə tədris prosesinə fasilə verilib.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR