Marafonun qalibi: Bakı Marafonu-2017 mükəmməl bir yarış oldu

Marafonun qalibi: Bakı Marafonu-2017 mükəmməl bir yarış oldu
11:55 30 Aprel 2017
120 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Vüqar imanov - Trend:

Bakı Marafonu-2017 mükəmməl bir yarış oldu. Bunu Trend-ə marafonda kişilər arasında birinci yerin sahibi Türkiyə vətəndaşı Veysi Aslan deyib.

O, Bakı Marafonunda ilk dəfə iştirak etdiyini bildirib: “Burada olmaqdan qürur duyuram. Mükəmməl bir yarış oldu. Təşkilatçılıq da yüksək səviyyədə idi".

V.Aslan şəhər sakinlərinin də idmana verdiyi dəstəyi çox yüksək qiymətləndirib:

"Fikrimcə, bu, ölkə üçün qürurvericidir. Bakı Marafonu çox gözəl təşkil olunub. Hər şey belə davam etsə, dünya atletlərini də bura cəlb etmək olar”.

Xatırladaq ki, marafonda kişilər arasında birinci yeri 30 yaşlı Türkiyə vətəndaşı Veysi Aslan tutub.

Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə növbəti Bakı Marafonu keçirilib.

Marafon Dənizkənarı Bulvar İdarəsi və Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunub. Dövlət Bayrağı Meydanından start götürən marafon Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib.

Xatırladaq ki, Bakı Marafonu ilk dəfə 2016-cı il mayın 1-də təşkil olunub və 7000 nəfərdən çox iştirakçısı olub.

"Bakı Marafonu"nun məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar üçün bir araya gətirməkdən ibarətdir. Marafon "Küləyə qalib gəl" şüarı altında keçirilir.

"Bakı Marafonu 2017"dən toplanan vəsait Heydər Əliyev Fondunun uşaq evləri üzrə həyata keçirdiyi layihəyə yönəldiləcək.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2748313.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR