“Bakı Marafonu-2017”nin qalibləri məlum olub

“Bakı Marafonu-2017”nin qalibləri məlum olub
12:02 30 Aprel 2017
158 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 30 aprel. REPORT.AZ/ Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Küləyə qalib gəl” adlı “Bakı Marafonu-2017”nin qalibləri məlum olub.
"Report" xəbər verir ki, marafonda kişilər arasında birinci və ikinci yeri Türkiyə vətəndaşları Aslan Veyzi və Üzeyir Söyləməz, üçüncü yeri isə Rusiya vətəndaşı Vladislav Dimyanov tutub.
Qadınlar arasında da finişə ilk çatan Türkiyə vətəndaşı olub. Yayla Kiriç Ali bütün rəqiblərini arxada qoyub. Marafonun ikinci yerini ukraynalı Valentina Poltovskaya, üçüncü yeri isə İran vətəndaşı Pevsina Arab tutub.
Yarışa ümumilikdə 13 mindən çox insan qatılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/baki-marafonu-2017-nin-qalibleri-melum-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR