Saturnun atmosferindən yeni FOTOLAR

Saturnun atmosferindən yeni FOTOLAR
12:03 30 Aprel 2017
73 Digər
Ölkə mətbuatı
A- A+

NASA-nın Cassini kosmik peyki Saturn halqaları içərisindən 110 min kilometr sürətlə hərəkət edərək qeyri-adi şəkillər çəkməyə müvəffəq olub.

Publika.az xəbər verir ki, bu günə qədər Saturn atmosferinə ən yaxın məsəfədən əldə olunan fotolar dünya mediyası tərəfindən paylaşılıb.

İlk cəhdini uğurla tamamlayan Cassini sentyabr ayının sonuna qədər daha 21 dəfə Saturn halqalarına tərəf irəliləyəcək. Yanacaq ehtiyyatı bitdikdən sonra peyk halqalar arasında yox olacaq.

NASA-nın yayımladığı Cassini müşahidə peyki ilə çəkilən nəhəng fotoşəkillədə Yer kürəsinin ətrafında Epimetheus, Titan və Mimas peyklərinin də görüldüyü deyilib.

Olduqca təhlükəli keçid zamanı Cassini ilə 20 saata qədər əlaqə qurmaq mümkün olmayıb. Müşahidə peyki qaya və ya buz parçalarına toqquşma ehtimalından müdafiə olunmaq üçün antenləri qalxan olaraq istifadə edir.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/196796.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR