"Pul qazanmaq üçün fəhləlik də edərəm" - Müğənnilərin əsl peşəsi

"Pul qazanmaq üçün fəhləlik də edərəm" - Müğənnilərin əsl peşəsi
12:05 30 Aprel 2017
191 Şou
Ölkə mətbuatı
A- A+

"Xəzər maqazin" müğənnilər arasında sorğu apararaq, onların əsl peşəsinin nə olduğunu soruşub.

Milli.Az axşam.az-a istinadən tanınmışların cavabını təqdim edir:

Nazpəri Dostəliyev: "İncəsənət universitetini bitirmişəm". 

Cin: "Əslində hərbiçiyəm".

Əbdül Xalid: "Konservatoriyadan sonra, İqtisad Universitetinə daxil olmuşam. Çörək pulu qazanmaq üçün kişiyə sərhəd yoxdur".

Eldar Qasımov: "Slavyan Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin məzunuyam. Alman dilini bilirəm. Universitetdə oxuyanda Alman dilində dərs verirdim". 

Günay İbrahimli: "11 il fortepiano sinfini oxumuşam. Müğənnilik etməsəydim ya dizayner, ya da moda ilə bağlı başqa bir sahədə işləyərdim".

Azad Şabanov: "İncəsənət universitetini bitirmişəm".

Elnarə Xəlilova: "İxtisasca filoloqam".

Samira Allahverdi: "İncəsənət universitetinin kino və dram aktrisalığı fakültəsini bitirmişəm. Müğənni olmasaydım, idmançı olardım". 

Aygün Kazımova: "Müğənni olmasaydım, indi corun solisti idim. İdmançıydım, hər şeyi sıfırladım, keçdim müğənniliyə".

Elçin Cəfərov: "Azərbaycan Dövlət və Mədəniyyət Universitetini bitirmişəm. 17 yaşımda Türkiyədə qalırdım, ofisiant işləyirdim".

Nadir Qafarzadə: "İncəsənət universitetinə daxil olmaq mənə qismət olmadı. Atamı erkən yaşda itirdim, çalışmaq məcburiyyətində qaldım".

Elza Seyidcahan: "İki övladım olandan sonra müəllimə kimi çalışmışam. 30 yaşıma kimi pul qazanmamışam. Mənə anam maddi dəstək olub".

Zamiq Hüseynov: "Çörək puluna görə gedib fəhləlik də edərəm. Təki ailəm ac qalmasın". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/540156.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR