81 yaşlı marafon iştirakçısı: "Bakı Marafonu"nda atmosfer çox əladır

81 yaşlı marafon iştirakçısı: "Bakı Marafonu"nda atmosfer çox əladır
12:15 30 Aprel 2017
40 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Vüqar İmanov - Trend:

"Bakı Marafonu"nun yaşlı iştirakçıları arasında 81 yaşlı Asiya Abdullayeva da var. A.Abdullayeva Trend-ə marafonla bağlı təəssüratlarını bölüşüb: "Qaçmağı sevirəm. Hələ 35 il əvvəl qaçış yarışlarında birinci yeri tutmuşam. Bu gün də idmanla məşğul olmaqda davam edirəm",

Yaşlı iştirakçı marafonun yüksək səviyyədə təşkil olunduğunu da vurğulayıb: "Atmosfer çox əladır. Təşkilatçılıq çox yüksəkdir. Mən çox işlə məşğul olmuşam - müğənni, rəqqas olmuşam, barabanda çalmışam".

Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə növbəti Bakı Marafonu keçirilib.

Marafon Dənizkənarı Bulvar İdarəsi və Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunub. Dövlət Bayrağı Meydanından start götürən marafon Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib.

Xatırladaq ki, Bakı Marafonu ilk dəfə 2016-cı il mayın 1-də təşkil olunub və 7000 nəfərdən çox iştirakçısı olub.

"Bakı Marafonu"nun məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar üçün bir araya gətirməkdən ibarətdir. Marafon "Küləyə qalib gəl" şüarı altında keçirilir.

"Bakı Marafonu 2017"dən toplanan vəsait Heydər Əliyev Fondunun uşaq evləri üzrə həyata keçirdiyi layihəyə yönəldiləcək.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2748322.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR