Gürcüstanlı marafon iştirakçısı: Bakıda festival əhval-ruhiyyəsi var

Gürcüstanlı marafon iştirakçısı: Bakıda festival əhval-ruhiyyəsi var
12:29 30 Aprel 2017
69 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Vüqar İmanov - Trend:

Bu gün keçirilən "Bakı Marafonu"nda paytaxtın qonaqları da iştirak ediblər.

Trend-in məlumatına görə, Gürcüstan vətəndaşları Veka Qalitsiani və İrakli Qabriadze artıq ikinci dəfədir ki, "Bakı Marafonu"na qatılıblar: "İkinci dəfədir iştirak edirik. Hava gözəldir, bu da gözəl idman bayramıdır".

Gürcüstanlı iştirakçılar qeyd ediblər ki, onlar üçün əsas marafonda iştirak etməkdir: "Biz Gürcüstanda da marafon keçiririk - "Wings for Life World Run". Bu, böyük layihədir. "Bakı Marafonu" ilə bağlı təəssüratlarımız isə əladır. Bakıda festival əhval-ruhiyyəsi var. Bizim üçün qələbə deyil, iştirak əsasdır. Bu il gürcüstanlı iştirakçılarımız marafonun favoritləridir. Ötən il marafonda ikinci yer tutmuşduq. Bu il də onlar "Bakı Marafonu"na qatılıblar. Onları bu marafonun favoritləri adlandırardım. "Wings for Life World Run" marafonunun ikiqat qalibi gürcü Anatoliy Olenikov da bura qatılıb".

Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə növbəti Bakı Marafonu keçirilib.

Marafon Dənizkənarı Bulvar İdarəsi və Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunub. Dövlət Bayrağı Meydanından start götürən marafon Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib.

Xatırladaq ki, Bakı Marafonu ilk dəfə 2016-cı il mayın 1-də təşkil olunub və 7000 nəfərdən çox iştirakçısı olub.

"Bakı Marafonu"nun məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar üçün bir araya gətirməkdən ibarətdir. Marafon "Küləyə qalib gəl" şüarı altında keçirilir.

"Bakı Marafonu 2017"dən toplanan vəsait Heydər Əliyev Fondunun uşaq evləri üzrə həyata keçirdiyi layihəyə yönəldiləcək.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2748323.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR