Dünyanın ən güclü orduları - Azərbaycan neçəncidir?

Dünyanın ən güclü orduları - Azərbaycan neçəncidir?
12:47 30 Aprel 2017
196 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Silahlı Qüvvələri "dünyanın ən güclü ordusu" reytinqində 59-cu yeri tutub.

Milli.Az oxu.az-a istinadla xəbər verir ki, bu barədə Global Firepower təşkilatının elektron səhifəsində bildirilib.

Qonşu Gürcüstan reytinqdə 80-cı, Ermənistan isə 95-ci pillədə qərarlaşıb.

İlk onluq belədir: ABŞ, Rusiya, Çin, Hindistan, Fransa, Böyük Britaniya, Yaponiya, Türkiyə, Almaniya və İtaliya.

Son yerlərdə Namibiya, Somali və Mərkəzi Afrika Respublikasının Silahlı Qüvvələri qərarlaşıb.

Global Firepower Index reytinqi dünyada ən məşhur və nüfuzlu reytinq hesab edilir. GFP məlumat bazasının məqsədi dünya silahlı qüvvələri haqqında informasiya toplamaq, təhlil etmək və çıxarışlar etməkdir.

Dövlətlərin hərbi qüvvələrini müqayisə etmək üçün Global Firepower Index-in müəllifləri mürəkkəb qiymətləndirmə metodikasından istifadə edirlər, burada 50-dən artıq müxtəlif amillər nəzərə alınır.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/540165.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR