Daha bir rusiyalı gimnast Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun qalibi oldu

Daha bir rusiyalı gimnast Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun qalibi oldu
13:32 30 Aprel 2017
40 İdman
Ölkə mətbuatı
A- A+

Rusiyalı gimnast Aleksandra Soldatova Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda qızıl medal qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, o, topla hərəkətlər üzrə finalda 18.400 bal toplayıb.

Gümüş medal digər rusiyalı gimnast Arina Averinaya nəsib olub - 17.900 bal. Üçüncü yerə isə 17.150 bal yığan bolqarıstanlı idmançı Neviana Vladinova çıxıb.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə FIG Dünya Kubokunun üçüncü - sonuncu günündə fərdi gimnastların halqa, top, gürzlər və lentlə, eləcə də qrup komandalarının 5 halqa, 3 top və 2 iplə hərəkətləri üzrə final yarışları keçirilir.

Azərbaycanı qrup hərəkətləri komandasının tərkibində Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/540173.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR