"Bakı Marafonu"nun gümüş mükafatçısı: Ümid edirəm yenə bura gələcəm

"Bakı Marafonu"nun gümüş mükafatçısı:  Ümid edirəm yenə bura gələcəm
13:43 30 Aprel 2017
35 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Vüqar İmanov - Trend:

Ukrayna vətəndaşı 45 yaşlı Valentina Poltavskaya "Bakı Marafonu 2017"nin gümüş mükafatçısı olub. Odessalı iştirakçı Trend-ə bildirib ki, marafonda iştirak etmək onun çox xoşuna gəlib: "Hava da gözəldir. Tras da əladır. Bakı gözəl şəhərdir, çox bəyəndim. Ümid edirəm yenə bura gələcəm".

O bildirib ki, Bakıda marafon keçiriləcəyi barədə 2 həftə öncə xəbər tutub: "Beynəlxalq yarışlarda dəfələrlə iştirak etmişəm. İki həftə öncə burada marafon keçiriləcəyi barədə eşidən kimi iştirak etmək qərarıyla bura gəldim".

Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə növbəti Bakı Marafonu keçirilib.

Marafon Dənizkənarı Bulvar İdarəsi və Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunub. Dövlət Bayrağı Meydanından start götürən marafon Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib.

Xatırladaq ki, Bakı Marafonu ilk dəfə 2016-cı il mayın 1-də təşkil olunub və 7000 nəfərdən çox iştirakçısı olub.

"Bakı Marafonu"nun məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar üçün bir araya gətirməkdən ibarətdir. Marafon "Küləyə qalib gəl" şüarı altında keçirilir.

"Bakı Marafonu 2017"dən toplanan vəsait Heydər Əliyev Fondunun uşaq evləri üzrə həyata keçirdiyi layihəyə yönəldiləcək.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2748334.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR