ABŞ gimnastı: "Hər çıxış mənim üçün zövq və bayramdır" (FOTO)

ABŞ gimnastı: "Hər çıxış mənim üçün zövq və bayramdır" (FOTO)
13:50 30 Aprel 2017
84 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Ənvər Məmmədov - Trend:

"Hər çıxış mənim üçün zövq və bayramdır". Bunu Trend-ə Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun ABŞ-dan olan iştirakçısı Evita Qriskenas deyib.

Gimnast öz çıxışından razı qaldığını bildirib: "Mən hər çıxışdan zövq alıram. Tamaşaçılarınıza dəstəyə görə təşəkkürümü bildirirəm - çıxışımı sizə həsr edirəm".

E.Qriskenas Dünya Kubokunda halqa ilə hərəkətlər üzrə finalda 16.050 balla 7-ci yeri tutub.

Qeyd edək ki, bu gün Bakıda bədii gimnastika üzrə FIG Dünya Kubokunun üçüncü - sonuncu günündə fərdi gimnastların halqa, top, gürzlər və lentlə, eləcə də qrup komandalarının 5 halqa, 3 top və 2 iplə hərəkətləri üzrə final yarışları keçirilir.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2748355.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR