İranlı marafon iştirakçısı: "Mənim üçüncü yerim qələbəyə bərabərdir"

İranlı marafon iştirakçısı: "Mənim üçüncü yerim qələbəyə bərabərdir"
14:17 30 Aprel 2017
52 Ölkə
Ölkə mətbuatı
A- A+

İran vətəndaşı Arişa Arab "Bakı Marafonu 2017"də qadın iştirakçılar arasında üçüncü yeri qazanıb.

Milli.Az xəbər verir ki, bürünc mükafatçı Trend-ə bildirib ki, marafonda iştirak etmək onun çox xoşuna gəlib: "Havanın gözəl olmasına baxmayaraq, qaçmaq çətin idi, ələxsus hicabda. Ona görə hesab edirəm ki, mənim üçüncü yerim qələbəyə bərabərdir".

Arişa Arab qeyd edib ki, ilk dəfədir Bakıya gəlib: "Bakı gözəl şəhərdir. Marafon da çox əla təşkil olunmuşdu".

Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə növbəti Bakı Marafonu keçirilib. Marafonda 13 mindən çox yürüşçü, o cümlədən, 1000-ə yaxın xarici vətəndaş iştirak edib.

Marafon Dənizkənarı Bulvar İdarəsi və Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunub. Dövlət Bayrağı Meydanından start götürən marafon Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib.

Xatırladaq ki, Bakı Marafonu ilk dəfə 2016-cı il mayın 1-də təşkil olunub və 7000 nəfərdən çox iştirakçısı olub.

"Bakı Marafonu"nun məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar üçün bir araya gətirməkdən ibarətdir. Marafon "Küləyə qalib gəl" şüarı altında keçirilir.

"Bakı Marafonu 2017"dən toplanan vəsait Heydər Əliyev Fondunun uşaq evləri üzrə həyata keçirdiyi layihəyə yönəldiləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/540184.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR