Tamaşaçı: Azərbaycan gimnastikasını parlaq gələcək gözləyir

Tamaşaçı: Azərbaycan gimnastikasını parlaq gələcək gözləyir
14:22 30 Aprel 2017
57 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Ləman Zeynalova - Trend:

Bakıda bədii gimnastika üzrə Dünya Kukoku kimi irimiqyaslı yarışın keçirilməsi çox mühümdür.

Bunu Trend-ə Dünya Kubokunun tamaşaçısı Tofiq Dadaşlı deyib.

O bildirib ki, belə yarışları izləmək həmişə maraqlıdır:

"Əminəm ki, Azərbaycanda gimnastika sürətlə inkişaf edəcək. Bu gün mən Azərbaycan gimnastlarından qələbə gözləyirəm".

Qeyd edək ki, bu gün Bakıda bədii gimnastika üzrə FIG Dünya Kubokunun üçüncü - sonuncu günündə fərdi gimnastların halqa, top, gürzlər və lentlə, eləcə də qrup komandalarının 5 halqa, 3 top və 2 iplə hərəkətləri üzrə final yarışları keçirilir.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2748368.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR